AZ | EN
Loqo

Təhsil Nəşriyyat - Poliqrafiya

Haqqımızda

Azərbaycanın müasir nəşriyyat sferasında önəmli yeri və özunəməxsus dəst-xətti olan “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC müstəqilliyimizin bərpasından sonra fəaliyyət göstərən ilk nəşriyyatlardandır. Əməkdar mədəniyyət işçisi, dosent, görkəmli naşir Bəhruz Axundov tərəfindən qurulmuş nəşriyyatda bu günə kimi xeyli adda dərslik, dərs vəsaiti, elmi-metodik nəşrlər və uşaq ədəbiyyatı çap olunmuşdur. Eyni zamanda nəşriyyatın çap məhsulları ölkə və bir sıra beynəlxalq miqyaslı müsabiqələrin qalibi olmuş, Avropa sərgilərində uğurla nümayiş etdirilmişdir. Hazırda nəşriyyat ən müasir çap və digər poliqrafik avadanlıqları olan güclü mətbəə bazasına malikdir. Həmçinin ölkədə kitab nəşri və çap məhsullarının istehsalı ilə məşğul olan peşəkar nəşriyyat-poliqrafiya birliyidir.

Əlaqə

Telefon: +994 12 567 81 28 / +994 50 210 02 04

E-poçt: info@tahsilnp.az / sales@tahsilnp.az

Ünvan: AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Khoyski küçəsi, 149